XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2018 - 15:53

Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq- Detallar

“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.

Bu barədə Trend şirkətə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun “Samur” ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.

Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.