Fevralın 20-də Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb. İlk marşrut həmin gün saat 7:30-da Naxçıvan şəhər avtovağzalından yola düşüb.
Strateq.az azertag.az-a istinadən xəbər verir ki, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə, Batumi şəhərinə hərəkət edəcək. Bir nəfər üçün gediş qiyməti 27 manatdır.