XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 13:44

Ov mövsümününmüddəti uzadıldı

 

ov

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu nəzərə alınaraq aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb. Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz və. s) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və. s) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.

Qeyd olunanlar nəzərə alınaraq respublika ərazisində ov mövsümünün müddətinin martın 10-dək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə qərar qəbul edilib.

Bununla əlaqədar vətəndaşlar onları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinə müraciət edə bilərlər.