XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 16:53

Vəkilliyə qəbul olunan namizədlərin adları açıqlandı –Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb

Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Strateq.az-ın məlumatına görə, vəkil olmaq üçün 150 nəfər hüquqşünas öz namizədliyini irəli sürüb. 3 saat davam edən imtahanda isə bilavasitə 138 nəfər iştirak edib. Onlardan 106 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 76,8 faiz təşkil edir.

Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.