XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 19:40

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb- RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Strateq.az DİM-ə istinadən bildirir ki, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 324 nəfər imtahanda iştirak edib.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.