XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2018 - 13:22

Firudin Qurbanov BDU-nun rektoru vəzifəsinin icrasına başlayıb –AÇIQLAMA

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. O, bu gün universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib. Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.