Sabah Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.
Məlumatı “1in.am” saytı yayıb. Bildirilir ki, etiraz bir neçə partiyanın təşəbbüsü ilə baş tutacaq. Aksiyanın Gümrüdəki 102-ci bazada baş verən situasiyalar, rus hərbçilərinin davranışı ilə əlaqədar keçiriləcəyi vurğulanıb.