XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2018 - 11:32

“Xəbər məni olduqca kədərləndirdi” –Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyevİndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.