XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 15:00

Gürcüstanda təhlükəli vəziyyət –"Donuz qripi"ndən 2 nəfər öldü

Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı ikiyə çatıb.

Bunu Gürcüstanın səhiyyə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: “Hər iki şəxs yüksək risk qrupunda olub və təəssüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb”.

D.Sergeenko deyib ki, qrip virusu ilə bağlı vəziyyət epidemiya səviyyəsinin yarısına çatıb: “Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq”.

Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Kimliyi açıqlanmayan 53 yaşlı qadın qrip virusundan vəfat edib/Report.