ABŞ Prezidenti Donald Tramp Pxenyanla danışıqlarda irəliləyiş olduğunu və KXDR lideri Kim Çen Inla yeni görüşünü səbirsizliklə gözlədiyini deyib.
Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb: “İrəliləyiş var. KXDR sədri Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm”.
Bir qədər əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo KNSS radiostansiyasına verdiyi müsahibədə Trampla Kim Çen Inın ikinci görüşünün 2019-cu ilin əvvəlində keçirilə biləcəyini deyib/Azərtac.