XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 08:47

Nemtsovun qətlindən sonra tutulan silahlı azərbaycanlı kimdir?
Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlindən düz bir sutka sonra Moskva ətrafındakı M-2 “Krım” şossesində silahlı azərbaycanlı tutulub.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya DİN-in Moskva vilayəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinin 2-ci polkunun 8-ci batalyonunun müfəttişləri tərəfindən keçirilən reyd zamanı “Opel Astra” markalı şübhəli avtomobil saxlanılıb.
Sürücünün və sərnişinin sənədləri yoxlanılarkən məlum olub ki, sükan arxasında Rostov vilayətinin 29 yaşlı sakini olan Azərbaycan vətəndaşıdır, sərnişin isə İrkutsk vilayətinin 49 yaşlı sakinidir.
Avtomobilin salonunda axtarış zamanı 1945-ci ildə istehsal edilmiş revolver, bir qismi revolver üçün nəzərdə tutulmuş 115 patron, zabit kortiki, döyüş bıçağı və “Makarov” tapançası, ona aid dolu sandıqça aşkar edilib.
Sürücü və sərnişin saxlanılıb, onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim olunub. Bu şəxslərin Nemtsovun qətli ilə bağlı olub-olmadıqları da araşdırılır.