XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 20:58

Bir gündə Ermənistan ordusunun üç hərbçisi yaralanıb –Qarabağda

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

“Azərtac” erməni KİV-lərinə istinadla xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.

Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.