XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 12:19

Rektor Elmar Qasımov:"BANM Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir"

Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

BANM-dan Strateq.az-a verilən məlumata görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni – 2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb.

Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir. Elmar Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Məktəb üçün bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib.

Rektorun sözlərinə görə, 2018-ci ildə BANM Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 ballı tələbələrin hamısının BANM-ı seçməsi də rekord göstəricidir.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. BANM-ın tələbələrinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının tələbələrinin repertuarları bütün iştirakçıların zövqünü oxşayıb.