XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 13:57

BDU-da dövlət bayrağı tərsinə asıldı –Universitet bunu texniki xəta sayır + FOTO

Bakı Dövlət Universitetinin qarşısındakı dövlət bayrağı tərsinə asılıb.

Bu barədə jurnalist İsgəndər Qənbərov sosial şəbəkələrdə məlumat yayıb.

Ölkənin əsas ali təhsil ocaqlarından hesab olunan universitetdə bayrağın tərsinə asılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BDU-nun Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova bunun texniki xəta olduğunu və yanlışlığın artıq aradan qaldırıldığını bildirib.