XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 15:45

“5 rayonda meşələrə günəş batareyaları ilə kameralar quraşdırılıb” –ETSN rəsmisi

“Artıq Azərbaycanın 5 rayonunda yerləşən meşələrdə kameralar quraşdırılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: “Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək”.

Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: “Kameralar 24 saat işləyir və günəş batareyarı ilə təmin edilib”.

Report