XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 19:52

Türkiyə ABŞ-dan “Patriot” raket əleyhinə müdafiə sistemləri alacaqmı? –Ərdoğan Ali Müdafiə Şurasını toplayır

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “Patriot” raket əleyhinə müdafiə sistemlərinin alışına dair təklifi müzakirə etmək üçün Ali Müdafiə Şurasının iclasını çağırmaq niyyətindədir”.

Bu barədə “Blomberq” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Prezident Administrasiyası planlaşdırılan iclası məsələnin hansı tərəfdən müzakirə ediləcəyi ilə bağlı məlumat yaymadan təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Patriot” raketlərinin Rusiyadan alınmış “S-400” raket hücumlarından müdafiə sistemlərinə alternativ olmadığını açıqlayıb.

Türk rəsmisinin səsləndirdiyi fikirlər ABŞ mediasında rəsmi Ankaranın “Patriot”lardan imtina edəcəyi iddiasının yayılmasına yol açıb/Teleqraf.com.