XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2018 - 20:18

Prezident yol hərəkətinin təhlükəsizliyinə dair 4 illik proqramı təsdiqlədi –Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görəcək və  bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə isə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.