XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 20:45

“İnter” klubu cəzalandırıldı –İrqçiliyə görə

İtaliya Futbol Federasiyası “İnter” klubunu cəzalandırıb.

AFP xəbər verir ki, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

Buna klub azarkeşlərinin A Seriyasının XVIII turunda evdə “Napoli” ilə matçdakı davranışları səbəb olub. Oyun zamanı meydan sahiblərinin fanatları rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan əvvəl baş verən iğtişaşlarda 4 azarkeş bıçaqlanıb, biri isə dünyasını dəyişib. 

Report