XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 21:23

Bu il Bakıda neçə orta məktəb məzunu qızıl və gümüş medal alıb? –Açıqlama

Bu il Bakıda orta məktəbi bitirən 44 məzun qızıl və gümüş medala layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin 44 məzunu qızıl və gümüş medallarla təltif olunub.

XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.