Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin dördüncü mərtəbəsində mənzildə qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınıb.
Hadisə zamanı iki nəfər tüstüdən zəhərlənib.