XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 10:24

Putin Paşinyanla görüşdü və təbrik etdi:“Rusiya - Ermənistan münasibətləri əsl müttəfiq münasibətləridir” (FOTO)

“Rusiya – Ermənistan münasibətləri əsl müttəfiq münasibətləridir”.

Strateq.az Kremlin rəsmi saytına istinadən bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanı qəbul edərkən deyib.

Putin Paşinyanı seçkidə qazandığı qələbə münasibəti ilə təbrik edib: “Biz sizi Moskvada görməkdən çox şadıq. Bu, sizin seçkilərdə inamlı qələbənizdən sonra ilk səfərinizdir. Sizə planlarınızın reallaşmasında uğurlar arzulayıram”-deyə Putin bildirib.

Prezidentin sözlərinə görə, Ermənistanın xarici dövlətlərlə əməkdaşlığında Rusiya birinci yeri tutur: “Bu dinamika yaxşıdır və onu qoruyub saxlamaq lazımdır.  Öz tərəfimizdən bunu etməyə hazırıq. Bizdən nə asılıdırsa onu edəcəyik. Mən həmçinin burada təhlükəsizlik sahəsində, KTMT və Avrasiya İttifaqı çərçivəsindəki əməkdaşlığı da nəzərdə tuturam”.