XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2018 - 11:31

Cavid Qurbanov:"Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır"

“Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: “Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək”.

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.