XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 12:35

“Azərenerji” və “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq- Açıqlama

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

“Report” xəbər verir ki, bununla bağlı “Azərenerji” və “Azərişıq” ASC birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikliüzrə bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

““Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır”, – deyə məlumatda vurğulanıb.