XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2018 - 16:53

Sürücülərin nəzərinə!- Diqqətli olun, yollar buz bağlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.