XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 14:42

Azərbaycan çempionu Gəncədəöz maşınında güllələnib

 

elmircelilov-idmanci-qetl

Gəncədə qətlə yetirilən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionudur. Onu şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında öz avtomobilində güllələyiblər.

Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev "Facebook" səhifəsində Elmir Cəlilovun həlak olduğu barədə məlumat paylaşıb və onun ailəsinə başsağlığı verib. Lakin A.Əliyev mərhumun ölüm səbəbini yazmayıb.
E.Cəlilov ailəli, 2 uşaq atası olub.

Qətli törədən şəxs və ya şəxslər hələlik tutulmayıb. Qətlin hansı səbəbdən, hansı şəraitdə törədilməsi də məlum deyil.

Araşdırmalar davam etdirilir.