XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 15:26

ABŞ rəsmi Ankaraya “Patriot”la bağlı təkliflər irəli sürüb –Amerikalı heyət Türkiyədə görüşlər keçirir

ABŞ administrasiyası Türkiyəyə “Patriot” raket hücumundan müdafiə sisteminin satışı ilə bağlı təkliflər irəli sürüb.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə ön şərt olaraq Rusiyadan tədarük edəcəyi “S-400”lə bağlı sövdələşmənin ləğv edilməsinə qarşı çıxıb.

Məlumata əsasən, ABŞ-dan Türkiyəyə səfər edən nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi, Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirir.

Həmin görüşlərdə ABŞ-ın təklifi Türkiyəyə təqdim edilib. Ankara ABŞ-dan sistemin qiyməti ilə yanaşı, texnologiya sahəsində də cəlbedici təkliflərin təqdim olunmasını tələb edib.

Xatırladaq ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq. Kremldən bildirilib ki, ABŞ-ın Türkiyəyə “Patriot” satışını təsdiqləməsi “S-400”ün tədarükünə təsir etməyəcək.

Qeyd edək ki, Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis 2018-ci il avqustun 28-də bəyan etmişdi ki, ABŞ Türkiyəyə С-400 raket kompleksini almağı məsləhət görmür.

Report