XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 18:23

Bakıda bu yollarda sürət həddi endirildi –Sürücülərə xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddini 20 km/saat endirib.

Strateq.az Agentliyə istinadən bildirir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.