XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 18:26

Mustafa Hacıbəylinin məhkəməsi başlayır –Baş redaktor iki maddə ilə ittiham olunur

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət iş üzrə hakim Səbuhi Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək.

Strateq.az xəbər verir ki, bu barədə Mustafa Hacıbəyli “Amerikanın Səsi” radiosuna açıqlamasında bildirib.

2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu Mustafa Hacıbəylini cinayət məsuliyyətinə cəlb edib. Baş redaktor Gəncə hadisələri və Mingəçevir elektrik stansiyasında baş verən qəza ilə bağlı bastainfo.com saytında dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Sayt rəhbərliyi bu məqalələrdə hər hansı bir çağırış olmadığını, irəli sürülən ittihamların əsassız olduğunu bildirir.