XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 21:26

Binəqədidə yaşayış binasında yanğın –20 nəfər təxliyyə edilib

Binəqədidə yaşayış binasında yanğın baş verib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb:

“Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb”.