XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 21:44

“Qalatasaray” iki futbolçu ilə yollarını ayırır –Terim açıqladı

“Qalatasaray” futbolçuları Sərdar Aziz və Eren Derdiyokla yollarını ayırır.

Bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim klubun rəsmi “İnstagram” səhifəsinə açıqlamasında məlumat verib.

65 yaşlı çalışdırıcı hər iki futbolçunun komandaya uyğun olmadığını deyib: “Sərdarı da Ereni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.

Qeyd edək ki. 2016-cı ildən “sarı-qırmızılı” klubda çıxış edən 30 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 18 matçda 10 qol vurub. S. Aziz isə 15 oyunda forma geyinib və 2 dəfə fərqlənib/Qol.az