XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 23:55

Türkiyə superliqasında gərgin derbi:"Qalatasaray" 4 qırmızı kartdan sonra qələbə qazandı

qalatasaray-trabzon

 

Bu gün Türkiyə superliqasının 22-ci turu çərçivəsində “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib.

Strateq.az xəbər verir ki, gərgin keçən oyundan "Trabzonsopr"un dörd oyunçusu qırımızı kartla cəzalandırılıblar. Belə ki, 1-ci hissədə Erkin Zenginin penalti qolu ilə hesabda önə keçən rəqib bu hesabı qoruya bilib – 0:1.

2-ci hissədə, 59-cu dəqiqədə Özer Hurmaçı qırmızı kart görərək, komandasını 10 futbolçu ilə meydanda qoyub. Bundan sonra üstünlüyə sahiblənən "Qalatasaray"  63-cü dəqiqədə Podolski ilə hesaba bərabərlik gətirib – 1:1.

Bu qoldan 6 dəqiqə sonra isə Aykut Dəmir də "Trabzonspor"da qırmızı kartla cəzalandırılıb. 86-cı dəqiqədə isə hakimin "Trabzonspor"un qapısına penalti təyin etməsi, oyundakı gərginliyi daha da yüksəldib. Bundan sonra hakim rəqib komandanın iki oyunçusunu – Cavanda və Salihi oyundan qovub. Penalltini isə Səlcuq İnan dəqiq yerinə yetirib – 2:1.

Bu qələbə sayəsində "Qalatasaray" 22 oyunla 37 xal toplayaraq, 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, super liqaya liderliyi 22 oyundan 50 xalı olan “Fənərbaxça” edir. "Beşiktaş" isə 20 oyundan 48 xal toplayaraq, 2-ci yerdədir.