Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərində qələbə qazanmış Nursultan Nazarbayevin inauqurasiya mərasimi keçiriləcək.
Strateq.az “RİA Novosti”yə istinadən bildirir ki, ndiçmə mərasimi təntənəli şəraitdə parlament deputatları, Konstitusiya Şurasının üzvləri və Ali Məhkəmənin hakimləri qarşısında keçiriləcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin əsas qanununa, vətəndaşların hüquq və azadlıqlarına əməl edəcəyinə Konstitusiya üzərində and içəcək.
Andiçmədən sonra Qazaxıstan Respublikasının dövlət himni səsləndiriləcək, MSK sədri isə Nursultan Nazarbayevə prezident vəsiqəsini təqdim edəcək.
Qeyd edək ki, Nursultan Nazarbayev səslərin rekord 97,75 faizini toplayaraq beşinci dəfə Qazaxıstan Respublikasının prezidenti seçilib.