XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2019 - 11:27

Bakıda ana və 7 uşağı dəm qazından zəhərləndi –Səhiyyə Nazirliyindən açıqlama

Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov mətbuata açıqlamasında faktı təsdiqləyib.

P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. “Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub”,- P.Abubəkirov söyləyib. (virtualaz.org)