Gürcüstanın qərbində, Quriya bölgəsində 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Quriya bölgəsinin Çoxotauri rayonunun Axalşeni kəndindədir.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib/Azərtac.