XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 13:14

Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçiriləcək –Bu tarixdə

Yanvarın 12-də Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçiriləcək.

Bunu aksiyanın təşkilatıçısı olan Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, aksiya Avetsyan ailəsinin qətlinin 4-cü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın qətlə yetirilməsinin 40-cı gününə həsr edilib.

Qeyd edək ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazanının hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.

Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 2018-ci il dekabrın 2-də 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparır. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edir.

Report.az