XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 17:54

Gürcüstanda “donuz qripi” genişlənir –Daha bir nəfər öldü

Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Xatırladaq ki, Gürcüstanda “donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib.