XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 05:50

İmzası ilə SSRİ-ni çökdürən prezident: “Bakı bacardı, Kiyev yox”

karvcuk.jpg

“Bu gün keçmiş SSRİ məkanında baş verən münaqişələrin günahkarı dolayısı ilə özümüzük. çünki ən azı biz vaxtilə sevinclə imzaladığımız, SSRİ-nin varlığına son qoyan “Belovejiskaya Puşşa” müqaviləsini sonradan qiymətləndirə bilmədik”.

Strateq.az APA-ya istinadən bildirir ki, bunu III Bakı Qlobal Forumunun növbəti panelində çıxış edən Ukraynanın ilk prezidenti, MDB-nin yaradıcılarından olan Leonid Kravçuk bildirib.

Müqavilənin postsovet ölkələrinin taleyini həll edəcəyinə ümid etdiklərini deyən L. Kravçuk bunun bazası olmadığı üçün inkişaf etmədiyini söyləyib: “çox təəssüf ki, biz o müqavilənin şərtlərinə uyğun keçidi təşkil edə bilmədik. Baltikyanı ölkələr, Azərbaycan və digərləri bu keçidi keçə bildilər, amma biz yox. Şəxsən mən etiraf edirəm ki, lazım olanı Ukraynaya verə bilmədim. Uzun illərdir ki, bu ölkə qeyri-rəsmi şəkildə Qərb və Şərq hissələrə bölünüb. Bir xalq iki düşüncədə yaşayır. Biz bunu aradan qaldıra bilmədik. Ona görə yox ki, biz bacarıqsız olduq. Xeyr. çünki bizim ölkənin məhkum olduğu şərtlər var və o, bu gün də mövcuddur. Biz daim Rusiyanın təsiri altında olmuşuq. İndi də Rusiya imkan vermir ki, yeni hakimiyyət tutduğu kursu axıra kimi davam etdirsin”.