“Çinlə aparılan ticarət danışıqları olduqca müsbət sferada davam edir”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Danışıqlar çox yaxşı gedir”, – deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, ABŞ və Çin arasında uzun müddətdir dərin ticari gərginlik hökm sürür/Axar.az.