XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 11:02

Zimbabve prezidenti Bakıya gəlməyə hazırlaşır –Emmerson Mnanqaqva Rusiya və Qazaxıstanı da ziyarət edəcək

Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

Strateq.az “Report”a istinadən bildirir ki, bu barədə E.Mnanqaqvanın mətbuat katibi Corc Çaramba məlumat verib.  Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

“Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, – C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.