XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2019 - 16:03

“Apple” yeni “iPhone” modellərinin istehsalını 10 faiz azaldacaq- Son 16 ildə ilk dəfə şirkətin səhmləri ucuzlaşıb

2019-cu ilin birinci rübündə “Apple” şirkəti yeni XS, XS Max, XR “iPhone” smartfon modellərinin istehsalını təxminən 10 faiz azaldacaq.

AZƏRTAC xəbər verir ki, ötən həftə son 16 ildə ilk dəfə “Apple”in gəlir proqnozu zəiflədiyindən səhmləri də ucuzlaşıb.

“iPhone” istehsalının illik həcmi daha əvvəlki proqnozdakı 47-48 milyonadək deyil, 40-43 milyonadək azala bilər. Şirkət istehsalat həcminə dair proqnozlara şərh verməyib.