XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 16:13

Dövlət Sərhəd Xidmətinin rəisi və İranın Sərhəd Qoşunlarının komandanı Biləsuvarda görüşdü –FOTO

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

Strateq.az DSX-nə istinadən bildirir ki, iki ölkənin generalları İranın Biləsuvar şəhərində bir araya gəlib.

Tərəflər 2018-ci ilin dekabrın 11-də Bakı şəhərində Azərbaycan və İran sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunan razılaşmaların icra­sını nəzərdən keçirib, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cüm­lədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəl­xalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sa­hə­sində sər­­həd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir müba­diləsi aparıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Azərbaycan və İran iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində “Astara” və “Biləsuvar” dövlət sərhə­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb, bununla yanaşı “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.