Bakıda metroda problem yaranıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun “H.Aslanov” stansiyasında baş verib:
“Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul edə bilməyib. Bu səbəbdən qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə olub. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”.