XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 22:19

Səfirlik:"Türkiyədə gəmi qəzasında ölən Məmmədəli İbrahimovun cənazəsi bu gecə Azərbaycana göndəriləcək"

Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı – gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev AZƏRTAC-a bildirib ki, cənazənin göndərilməsi “Volgabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir.

Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir.