XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2019 - 11:01

“Peugeot” və “Citroen” avtomobilləri geri çağırılıb- Bu səbəbdən

“Pejo Sitroen Rus” şirkəti Rusiyada 3 minə yaxın “Peugeot” və “Citroen” avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə bır sıra problemlərlə, əyləc sistemində və arxa qapıların bərkitmə sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək Rusiyada satılmış “Citroen C4 Aircross” və “Peugeot 4008” modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.