XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2019 - 14:23

Sinoptiklərdən xəbərdarlıq:"Küləkli hava şəraiti davam edəcək"

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da yanvarın 11-i və 12-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi proqnozlaşdırılır ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.