XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 15:49

Həcc ziyarətinin yeni qiymətləri – Bu tarixdəaçıqlanacaq

 

Hecc

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

 

QMİ-dən verilən məlumata görə, nümayəndə heyəti bu ilki Həcc ziyarəti ilə bağlı səfər şərtlərini müzakirə edib.

 

Səudiyyə Krallığının Həcc nazirliyi ziyarətlə bağlı yeni şərtlərini açıqlayıb. Bu, əsasən qiymətlər, təhlükəsizlik sistemi, zəvvarlara xidmət və s. ilə bağlıdır. Krallığın yeni şərtlərinə əsasən, QMİ Həcc səfərinin yeni qiymətləri üzərində dəqiqləşdirmələr aparır və bu ayın sonuna kimi qiymətləri elan edəcək. Bildirilir ki, bu il də ziyarət ödənişləri ABŞ dolları ilə hesablanacaq və əvvəlki il ilə müqayisədə artım gözlənilir.

 

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Apa.az