Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin kafedra müdiri Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.
Strateq.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Pərvanə İbrahimova Kult.az-a məlumat verib.
Universitet sözçüsü bildirib ki, kafedra müdiri, həm də universitetin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor idi: “Vüsət müəllim gözəl insan, coğrafiyaçıların əzizi, kollektivin hörmət və ehtirmını qazanmış dəyərli alim idi”.
Allah rəhmət eləsin!