XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Yanvar 2019 - 00:12

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi:"Bura mənim evim, ailəmdir"

“Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir”.

Bunu Qazaxıstan “Astana“sından “Qarabağ”a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.

Əslən braziliyalı yarımmüdafiəçi Ağdam komandasına dönüşünün səbəbini açıqlayıb: “Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və “Qarabağ”ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, Riçard Almeyda hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsindədir/Report.