XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 07:27

Pənah Hüseyn: “Bizi “mandat alveri”ndə ittiham edənlər öz ürəyindən keçənləri ifadə edirlər”- MÖVQE

penah.jpg

“İqtidar-müxalifət görüşünə qatılanları hakimiyyətlə mandat alverində ittiham edənlərə cəmiyyət də reaksiya vermir”.

Strateq.az bildirir ki, bunu APA-ya Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib. P. Hüseyn bildirib ki, hazırda iqtidar-müxalifət görüşünə cəmiyyətdə münasibət birmənalı deyil:

“Mənim müşahidələrimə görə, əksəriyyətin Azərbaycanda iqtidar-müxalifət, siyasi partiyalar arasında birbaşa münasibətlərin qurulması, gərginliyin aradan götürülməsi və əməkdaşlıqla əvəz olunmasına meyli var. Eyni zamanda bu görüşün iqtidara sərf etməsi və ölkədəki neqativ proseslərin qarşısının nəinki alınmasına, əksinə bunun davam etməsinə xidmət edəcəyi qənaətində olanlar da var. Biz iqtidar-müxalifət görüşündə öz mövqeyimizi ifadə etdik. Amma görüşlər nəticəsiz qurtararsa, hansısa addımlar real proseslərlə əvəzlənməzsə, bu görüşə neqativ münasibət bəsləyənlərin sayı artacaq. Hələlik görüşün nəticələrini dəyərləndirmək olmaz. Biz bu məsələni izləyirik. Təbii ki, bizim ölkədəki ictimai-siyasi mühitə münasibətimiz öz qüvvəsində qalır”.

AXP sədri onu və iqtidar-müxalifət görüşünə qatılanları parlament seçkilərində mandat alverində ittiham edənlərə də münasibətini bildirib: “Əlbəttə ki, hər bir şəxs tənqidi fikrini ifadə etməkdə müstəqildir. Amma bu ittiham çox əsassızdır. Bəziləri ola bilsin ki, bununla, ürəyindən keçənləri ifadə edirlər. Mən şəxsən, bu cür ittihamlara xüsusi bir əhəmiyyət vermirəm”.

Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb.