XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2016 - 18:20

Gürcüstanın Energetika naziri Bakıya gəlir

kaladze_220216

Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend IPN agentliyinə istinadən məlumat verir.

K.Kaladzenin sözlərinə görə, səfəri çərçivəsində SOCAR-ın nümayəndələri, eləcə də konsorsium rəhbərliyi ilə görüşəcək:

"Biz "Şahdəniz"dən əlavə həcmlər ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə "Qazprom"la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq".